IMG-LOGO

Emin Mahmudov: "Litva və Lixtenşteyn yığmalarının hansı üslubda oynadıqlarını görməmişəm"

13 Feb 2026 14:59 6 baxış
IMG

Azərbaycan millisinin yarımmüdafiəçisi Emin Mahmudov UEFA Millətlər Liqasının D Liqasındakı rəqiblər - Litva və Lixtenşteyn yığmalarının hansı üslubda oynadıqlarını görməyib.

Yığmanın və "Neftçi"nin kapitanı bunu "Report"a açıqlamasında deyib.

"Rəqibləri hələ tam tanımırıq, oyunlarına baxmamışam. Onların hansı üslubda oynadıqlarını görməmişəm. Amma yenə də məqsədimiz bəllidir: C Liqasına çıxmalıyıq. İnşallah, buna nail olacağıq" - E.Mahmudov vurğulayıb.

Qeyd edək ki, dünən Belçikanın paytaxtı Brüsseldə atılan püşkün nəticəsinə əsasən, Azərbaycan millisi Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteyn ilə mübarizə aparacaq.

Yeni mövsümə sentyabrın 24-də start veriləcək. Qrupun son matçları noyabrda baş tutacaqsa, turnirin final mərhələsi 2027-ci ilin iyununda gerçəkləşəcək.

Xəbər lenti