Böyük Britaniyanın Mərkəzi Asiya və Azərbaycan üzrə ticarət nümayəndəsi Lord Con Olderdays fevralın 14-20-də Özbəkistana ilk dəfə rəsmi səfərini edəcək.
"Report" "Dunyo" agentliyinə istinadən xəbər verir ki, bu barədə Olderdaysin Özbəkistanın Böyük Britaniyadakı səfiri ilə görüşündə bildirilib.
Danışıqlar zamanı tərəflər Con Olderdaysin Özbəkistana qarşıdakı səfərinin təşkilati və məzmun aspektlərini ətraflı müzakirə ediblər.
Səfər çərçivəsində ticarət-investisiya əməkdaşlığının genişləndirilməsi məsələləri üzrə özbəkistanlı tərəfdaşlarla danışıqların aparılması, Özbəkistan-Britaniya infrastruktur konfransının keçirilməsi, həmçinin ölkələr arasında təhsil və mədəni-humanitar əlaqələr sahəsində qarşılıqlı fəaliyyətin müzakirəsi planlaşdırılıb.