IMG-LOGO

Bakıda ŞOK: otel otağında gənc oğlanın meyiti tapıldı

13 Feb 2026 14:00 4 baxış
IMG
0 0

Bakıda oteldə meyit tapılıb.

Lent.az xəbər verir ki, hadisə Bakının Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən “Jade” oteldə qeydə alınıb.

Bakı şəhər sakini 2001-ci il təvəllüdlü İbrahim Mehran oğlu Kərimovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti otelin otağında aşkar edilib.  

Hadisənin motivi məlum deyil. 

Araşdırmalar Yasamal rayon prokurorluğu tərəfindən aparılır.

Hadisələr

Xəbər lenti