IMG-LOGO

İstanbulda özbək qızları öldürüb cəsədlərini zibilliyə atdılar

13 Feb 2026 14:26 6 baxış
IMG
0 0

Türkiyənin İstanbul şəhərində iki Özbəkistan vətəndaşı vəhşicəsinə öldürülüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Özbəkistanın bu şəhərdəki Baş Konsulluğu rəfiqəsinin qətlindən sonra itkin düşmüş hesab edilən daha bir vətəndaşın da həlak olduğunu təsdiqləyib.

Bildirilir ki, ilkin məlumatlara əsasən, 32 yaşlı Özbəkistan vətəndaşı Sayyora Erqaşaliyeva, Durdona Hakimovanın ölümü ilə bağlı insidentdən sonra itkin düşmüş hesab edilsə də, onun da vəfat etdiyi müəyyən edilib.

İstintaq məlumatına görə, yanvarın 23-də iki özbək mübahisə zamanı həmyerliləri olan Erqaşaliyevanı öldürüb, cəsədi hissələrə ayıraraq Fatih rayonunda zibil konteynerlərinə atıblar. Növbəti gün isə Erqaşaliyevanın telefonundan istifadə edərək rəfiqəsi Hakimovanı çağırıblar və onu da eyni üsulla qətlə yetirib cəsədini Şişli rayonunda konteynerlərə atıblar.

Şübhəlilər saxlanılıb, təqsirlərini etiraf ediblər və hazırda həbsdədirlər. Baş Konsulluq istintaqı nəzarətə götürdüyünü bildirib.

Hadisələr özbək qızlar İstanbul şəhəri

Xəbər lenti