Rusiya, ABŞ və Ukrayna arasında danışıqların yeni raundu gələn həftə keçiriləcək.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Danışıqların yeni raundunun gələn həftə keçirilməsi ilə bağlı razılaşma var. Danışıqların yeri və dəqiq tarixi barədə sizə məlumat verəcəyik", - o əlavə edib.
Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski üçtərəfli görüşün Mayamidə keçirilə biləcəyini açıqlamışdı.