İranın paytaxtı Tehranda evdə baş verən partlayış nəticəsində üç nəfər yaralanıb.
"Report" İRNA-ya istinadən xəbər verir ki, bu barədə Tehran bələdiyyəsinin yanğınsöndürmə və təhlükəsizlik təşkilatının nümayəndəsi Cəlal Maleki bildirib.
Onun sözlərinə görə, hadisə şəhərin Mövləvi küçəsindəki yaşayış evində baş verib. Hadisə yerinə üç yanğınsöndürmə briqadası cəlb olunub. Partlayış zamanı iki gənc xilas edilib, üçüncü isə hadisə nəticəsində əmələ gələn dağıntılar altından çıxarılıb.
Bildirilib ki, yanğın və partlayışa təbii qaz balonunun partlamasının səbəb olduğu ehtimal edilir.