Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev bu ölkədəki diplomatik korpus nümayəndələrini WUF13-ə hazırlıq işləri barədə məlumatlandırıb.
"Report" xəbər verir ki, bu barədə "WUF13"ün "X" sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, S. Hacıyev çıxışında Azərbaycanın inklüziv şəhər inkişafı modeli, münaqişədən sonrakı bərpa və reabilitasiya, habelə minatəmizləmə sahəsindəki geniş təcrübəsini bölüşüb.
O, WUF13 çərçivəsində Azərbaycanın prioritet sahələrini, davam edən hazırlıq prosesini və forumun qlobal şəhərləşmə gündəliyinin formalaşdırılmasındakı rolunu xüsusilə qeyd edib. Səfir Afrika ölkələrinin WUF13 Liderlər Sammitində iştirakının qitə üçün xüsusi əhəmiyyət daşıyacağını vurğulayıb.

