IMG-LOGO

Aİ-nin Azərbaycandakı səfiri: Naxçıvan Orta Dəhliz üzrə mühüm strateji bölgədir

12 Feb 2026 18:57 2 baxış
IMG

Prezidentin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report"un yerli bürosu xəbər verir ki, görüş zamanı Prezident İlham Əliyevin rəhbərlliyi ilə Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq, dostluq və etimada əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb.

Bildirilib ki, Avropa İttifaqına üzv dövlətlərin Azərbaycanla uzunmüddətli və faydalı əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır.

Söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi çərçivəsində əldə olunan razılaşmalardan məmnunluq ifadə olunub.

Naxçıvan Muxtar Respublikasının Orta Dəhliz üzrə kommunikasiyaların qurulmasında mühüm strateji bölgə kimi önəminə diqqət çəkilib. Həmçinin Naxçıvanın iqtisadi potensialı, həmçinin bərpaolunan enerji imkanları, sahibkarlara tətbiq edilən 10 illik vergi güzəştlərinin əhəmiyyəti və regionun gələcəkdə azad iqtisadi zonaya çevriləcəyi istiqamətində həyata keçirilən tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.

Qarşıdakı illərdə Avropa İttifaqı tərəfindən həyata keçiriləcək layihələrin iqtisadi aspektləri müzakirə edilib. Eləcə də sabah baş tutacaq "Merlər Razılaşması-Şərq" layihəsinin təqdimat konfransının əhəmiyyətinə toxunulub.

Xəbər lenti