Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 71 yaşlı Nazim Xudaverdiyevə hökm oxunub.
Lent.az xəbər verir ki, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən məhkəmə Nazim Xudaverdiyevə qarşı irəli sürülən maddələr üzrə təqsirinin sübuta yetirilmədiyini əsas gətirərək bəraət verilməsi barədə hökm elan edib.
Qeyd edək ki, dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən Nazim Xudaverdiyevin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İttihamda qeyd olunub ki, təqsirləndirilən şəxs “Our Orchards” MMC-nin idarə heyətinin sədri olduğu müddətdə dostu Namiq Məmmədmuradovun etibarından sui-istifadə etməklə ona 153 min 500 manatlıq ziyan vurub. N.Xudaverdiyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham elan olunub. Onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Hadisələr