Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Qazaxıstan Prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri Yernar Lazarla görüşü zamanı ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edib.
"Report"un Qazaxıstan bürosunun məlumatına görə, tərəflər ikitərəfli münasibətlərin cari vəziyyətini və inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər barəsində fikir mübadiləsi aparıblar.
Danışıqlar zamanı Azərbaycan-Qazaxıstan əməkdaşlığının siyasi, ticari-iqtisadi, nəqliyyat-logistika və humanitar sahələrdə davamlı inkişafı qeyd edilib.
Həmsöhbətlər regional gündəlik ilə bağlı məsələlər üzrə fikir mübadiləsi aparıb və beynəlxalq platformalarda yanaşmaların əlaqələndirilməsinin vacibliyini vurğulayıblar.
İki ölkənin müvafiq qurumları və ekspert icmaları arasında əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirilib.
Tərəflər Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqliyin daha da dərinləşdirilməsində qarşılıqlı maraqlı olduqlarını təsdiq ediblər.