Sabirabad rayonunun Sarxanbəyli kəndində bir ailənin dörd üzvü zəhərlənib, 11 yaşlı uşaq xəstəxanada ölüb.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Sarxanbəyli kəndində qeydə alınıb.
Cəfərovlar ailəsinin dörd üzvü zəhərlənmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara zəruri tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Lakin kənd sakini, 2015-ci il təvəllüdlü Cəfərov Hüseyn Cavanşir oğlunun vəziyyəti pisləşdiyi üçün yenidən xəstəxanaya göndərilib. Xəstəxanaya çatdırılanadək həkimə qədər ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.