IMG-LOGO

Azərbaycanın futbol millisi Belarusda Beynəlxalq İnkişaf Turnirinə qatılacaq

12 Feb 2026 16:27 3 baxış
IMG

18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi fevralın 13-dən 16-dək təlim-məşq toplanışı keçəcək.

"Report" xəbər verir ki, hazırlıq prosesi Milli Komandaların Təlim-Məşq Mərkəzində baş tutacaq.

Daha sonra yığma fevralın 17-dən 24-dək Belarusun paytaxtı Minskdə reallaşacaq Beynəlxalq İnkişaf Turnirinə qatılacaq.

Turnirdə 8 komanda 2 qrupda yarışacaq. Milli B qrupunda Belarus, Rusiya və Özbəkistan kollektivləri ilə mübarizə aparacaq.

Bakı toplanışı üçün U-18-ə dəvət alan futbolçular və oyunların təqvimi ilə sizi tanış edirik. Belarusa bu heyətdən 21 oyunçu aparılacaq.

Nr. Adı / Soyadı Klub 1 Nurəziz Əzizov Neftçi 2 Bilal Hacıyev Qarabağ 3 Kamil Həsənov Neftçi 4 Uğur Qurbanlı Qarabağ 5 Rəşad Gülüşov Sabah 6 Atacan Məmmədov Marcet (İspaniya) 7 Səttar Tahirzadə Marcet (İspaniya) 8 Muhamməd Çodarov Marcet (İspaniya) 9 İsmayıl Səfərli Neftçi 10 Əli Kiçibəyov Turan Tovuz 11 Amin Rzayev Qarabağ 12 Sahib Xəlilli Neftçi 13 Elgün Duraxanov Sabah 14 Eldar Abbasov Qarabağ 15 Raul İsaqov Kəpəz 16 Nihad Hüseynzadə Sabah 17 Ruslan Xasiyev Şinnik Yaroslavl (Rusiya) 18 Musa Mustafayev Zirə 19 İbrahim Xəlilov Sabah 20 Samir Şərifov Sabah 21 Pünhan Kərimov Marcet (İspaniya) 22 Emin Süleymanov Neftçi 23 Əli Bəşirov Qarabağ 24 Rüstəm Hüseynli Neftçi 25 Kamal Zülfiyev Sumqayıt 26 Nicat Kərimov Sabah

19 fevral

13:50. Azərbaycan – Rusiya 20 fevral

14:20. Azərbaycan – Özbəkistan

21 fevral

16:40. Belarus – Azərbaycan

Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib. Qeyd edək ki, fevralın 23-də həlledici görüşlər keçiriləcək. Qrupların qalibləri finalda, ikinciləri üçüncü yer uğrunda, üçüncüləri beşinci yer uğrunda, dördüncüləri isə 7-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.

Xəbər lenti