IMG-LOGO

PFL rəsmisi: "Neftçi" - "Qarabağ" oyununun təxirə salınması üçün son tarix nəzərdə tutulmayıb"

12 Feb 2026 16:32 3 baxış
IMG

Misli Premyer Liqasının Əsasnaməsində hansısa bir oyunun təxirə salınması üçün son tarix nəzərdə tutulmayıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Peşəkar Futbol Liqasının (PFL) Media və marketinq direktoru Sənan Abdullayev bildirib.

PFL rəsmisinin sözlərinə görə, Əsasnamədə nəzərdə tutulan hallarda və qaydada matçların təxirə salınması, tarixinin, başlanğıc vaxtının və keçirilmə yerinin dəyişdirilməsi mümkündür:

"Peşəkar Futbol Liqasının 2025/2026 mövsümü üçün Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, Əvəzedicilər Liqası və I Liqa yarışlarının Əsasnaməsində oyunların təxirə salınması ilə bağlı hər hansı son tarix nəzərdə tutulmayıb. Əsasnamənin 6-cı maddəsinin 2-ci bəndində oyunların vaxtının dəyişdirilməsi və təxirə salınması ilə bağlı müddəalar qeyd olunub: "Avrokuboklarda 4-cü təsnifat mərhələsində (pley-off) iştirak edən klub oyunun bir dəfə təxirə salınması üçün müraciət edə bilər. Liqa mərhələsindən sonrakı pley-off mərhələlərində də klubun bununla bağlı hər mərhələdə bir dəfə olmaqla müraciət etməsi mümkündür. Hər iki halda rəqib komandanın razılığı olmalıdır".

Qeyd edək ki, "Qarabağ" klubu "Neftçi" ilə Misli Premyer Liqasının XXI turunun matçının təxirə salınması üçün PFL-ə müraciət edib. Bakı təmsilçisi isə "köhlən atlar"ın təklifinə müsbət cavab verməyib.

Xəbər lenti