Bu gün gənclər Qərbi azərbaycanlıların başına gətirilən bəlalardan xəbərsizdir.
"Report" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması (QAİ) Müşahidə Şurasının sədri Misir Mərdanov "Bir Elin Manifesti: Qərbi Azərbaycan hekayələri" ümumrespublika hekayə müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimində deyib.
M.Mərdənov təklif edib ki, İcmanın rəhbərliyi ilə təhsil müəssisələrində bu məsələlər çərçivəsində görüşlər və müzakirələr aparılsın:
"Qərbi Azərbaycanla bağlı həqiqətlər mütləq gələcək nəsillərə ötürülməlidir. Dərsliklər, vəsaitlər çox olmalıdır ki, gənclər bu barədə oxuyub öyrənə bilsin".