IMG-LOGO

Abbas Abbasov barəsində qiyabi həbs qərarı

12 Feb 2026 13:45 2 baxış
IMG
2 0

Abbas Abbasov barəsində qiyabi həbs qərarı verilib.

Lent.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin bu gün yaydığı məlumatda deyilir.

Bildirilib ki, Abbas Abbasov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.

O, Azərbaycan Respublikası ərazisindən kənarda olduğu və istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilməklə, məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib.

Hadisələr Ramiz Mehdiyev İŞİ

Xəbər lenti