IMG-LOGO

AFFA-nı UEFA Millətlər Liqasının püşkatma mərasimində təmsil edəcək şəxslər müəyyənləşib

12 Feb 2026 12:35 4 baxış
IMG

AFFA-nı UEFA Millətlər Liqasının 2026/2027 mövsümünün püşkatma mərasimində təmsil edəcək şəxslər müəyyənləşib.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə qurumun baş katibi Cahangir Fərəcullayev, icraçı vitse-prezidentin müşaviri Orxan Əhmədov, Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov və A millinin direktoru İlqar Qurbanov iştirak edəcəklər.

Xatırladaq ki, püşkatma mərasimi Belçikanın paytaxtı Brüsseldə, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Xəbər lenti