Böyük Britaniyanın müdafiə naziri Con Hili Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi üçün əlavə 500 milyon funt sterlinq (681,4 milyon dollar) ayrıldığını elan edib.
"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, o, bunu Brüsseldə NATO müdafiə nazirlərinin görüşündən əvvəl bəyan edib.
"Böyük Britaniya Ukraynaya hava hücumundan müdafiə üçün əlavə yarım milyard funt sterlinq təqdim edir. Biz sizə dəstək olacaq, sizi qoruyacağıq. Biz yeni təhdidlər erasında sizinlə birlikdə mübarizə aparacağıq", - o qeyd edib.
Hili həmçinin təsdiq edib ki, Böyük Britaniya NATO-nun Arktikadakı təhlükəsizlik missiyasında aparıcı rol oynayacaq. Bu missiya regionda təhlükəsizliyin gücləndirilməsinə yönəlib.