IMG-LOGO

"Sumqayıt" Burkina Faso millisinin üzvünü heyətinə qatıb

12 Feb 2026 12:48 4 baxış
IMG

"Sumqayıt" klubu heyətinə yeni futbolçu cəlb edib.

"Report"un əldə etdiyi məlumata görə, "gənclik şəhəri" təmsilçisi Burkina Fasodan olan yarımmüdafiəçi Sedrik Badolo ilə anlaşıb.

27 yaşlı oyunçu ilə rəsmi müqavilə imzalanıb.

Qeyd edək ki, Sedrik Badolo son olaraq Slovakiyanın "Spartak" (Trnava) klubunun formasını geyinib. O, Burkina Faso millisinin də üzvüdür.

Xəbər lenti