IMG-LOGO

Messi zədələndiyi üçün "İnter Mayami"nin növbəti yoldaşlıq görüşü təxirə salınıb

12 Feb 2026 10:44 5 baxış
IMG

Messi zədələndiyi üçün "İnter Mayami"nin Puertо-Rikоda keçirilməsi planlaşdırılan növbəti yoldaşlıq oyunu təxirə salınıb.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Argentinalı ulduz Ekvadorun "Barselona" klubu ilə matçda əzələsində gərginlik hiss edib. Nəticədə "İndependyente del Valye" komandasına qarşı keçirilməli olan görüşün vaxtı dəyişdirilib.

Qeyd edək ki, fevralın 14-nə təyin olunan qarşılaşma fevralın 26-da baş tutacaq.

Xəbər lenti