IMG-LOGO

Mbappenin anası "Real"dan maaş alır: Bu, klubun 10 oyunçusunun maaşından çoxdur

12 Feb 2026 09:37 2 baxış
IMG
17 0

Kilian Mbappenin agenti kimi fəaliyyət göstərən anası Fayza Lamari “Real”dan ildə 4,5 milyon avro maaş alır.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bu məbləğ ayrıca yox, oğlunun gəlirinin bir hissəsi kimi verilir, tranfer zamanı 30 faiz barədə razılığa gəlinib.

Bu çoxdur, yoxsa az? İddialara görə, “Kral klubu”nun on oyunçusu Lamaridən az qazanır.

Nə olursa olsun, maaşın bir hissəsini agentinizə ayırmaq ümumi bir təcrübədir. Müştərinin özü faizlə bağlı qərar verir.

Kilian Mbappenin məvacibi 15 milyon avro üstəgəl 19,4 milyon avro bonusdur.

Fayza Lamari Kilian Mbappenin anası futbolçunun agenti "Real" futbol klubu

Xəbər lenti