IMG-LOGO

Qusarda 33 yaşlı kişi tüstüdən boğularaq ölüb

12 Feb 2026 09:28 3 baxış
IMG

Qusarda 33 yaşlı kişi tüstüdən boğularaq ölüb.

"Report" xəbər verir ki, 1993-cü il təvəllüdlü Müslümov Ramik Carulla oğlu tək yaşadığı Qusar rayonunun Aşağı Ləgər kəndində yerləşən fərdi evin yataq otağında elektrikli qızdırıcının yanaraq əriməsi nəticəsində kəskin qoxulu tüstüdən yatdığı yerdə boğularaq ölüb.

Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti