IMG-LOGO

Azərbaycan və Sloveniya qarşılıqlı ticarət həcminin artımını qeyd ediblər

11 Feb 2026 21:50 5 baxış
IMG

Azərbaycan və Sloveniya qarşılıqlı ticarət həcminin və energetika sahəsində əməkdaşlığın artan dinamikasını qeyd ediblər.

"Report" xəbər verir ki, bu barədə Sloveniya Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

"Azərbaycan-Sloveniya parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşdə Sloveniyanın xarici və avropa işləri naziri Tanya Fayon iqtisadi əlaqələrin yüksək inkişaf tempini vurğulayıb və qeyd edib ki bu, ticarət həcminin artımında və energetika sahəsində əməkdaşlıqda öz əksini tapır", - məlumatda qeyd olunub.

Görüş zamanı o, həmçinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayıb.

Xəbər lenti