IMG-LOGO

Abşeronda 25 gün əvvəl vurulan piyada öldü

11 Feb 2026 17:38 3 baxış
IMG
3 0

Abşeronda avtomobilin vurduğu kişi ölüb.

Lent.az xəbər verir ki, hadisə yanvarın 14-də Saray qəsəbəsinin ərazisində qeydə alınıb.

Mehdiabad qəsəbə sakini 25 yaşlı Rəbbim Rəfayıl oğlu Feyziyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Saray qəsəbə sakini 55 yaşlı Rahil Teymur oğlu Aşurovu vurub.

Xəstəxanaya yerləşdirilən Aşurov fevralın 8-də orada ölüb.

Araşdırma aparılır.

Hadisələr

Xəbər lenti