IMG-LOGO

Çempionlar Liqasının 1/8 final mərhələsinin komandası baş məşqçisini istefaya göndərdi

11 Feb 2026 17:14 4 baxış
IMG
0 0

İngiltərənin ən yaxşı futbol klublarından biri olan “Tottenhem” Tomas Frankın baş məşqçi vəzifəsindən istefa verdiyini açıqlayıb. 

Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, "Tottenhem" rəhbərliyi komandanın Premyer Liqadakı son nəticələrindən narazı qalıb.

London klubunun mətbuat xidməti 52 yaşlı danimarkalı məşqçinin fevralın 11-də istefa verdiyini açıqlayıb.

"Klub baş məşqçisini dəyişmək qərarına gəlib. Biz onu 2025-ci ilin iyun ayında təyin etdik və gələcək üzərində birgə işləmək üçün ona lazımi vaxt və dəstək verməyə sadiq qaldıq. Lakin nəticələr və performanslar idarə heyətini mövsümün bu mərhələsində məşqçi dəyişikliyinin zəruri olduğu qənaətinə gəlməyə vadar edib".

"Tottenhem" hazırda İngiltərə Premyer Liqasında səkkiz oyunluq qələbəsiz seriyaya malikdir. Komanda dekabrın 28-dən bəri qalib gələ bilməyib və 26 oyundan sonra 29 xalla turnir cədvəlində 16-cı yerdədir.

Lakin Tomas Frank londonluları Çempionlar Liqası mərhələsində parlaq şəkildə idarə edib. Komandası dördüncü yeri tutub və bir çox Avropa nəhənglərini məğlub edərək birbaşa 1/8 finala yüksəlib.  

Tomas Frank baş məşqçi istefa futbol Premyer Liqa İngiltərə

Xəbər lenti