Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində yerləşən mebel sexində yanğın olub.
Naxçıvan Muxtar Respublikası (MR) Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"un yerli bürosuna verilən məlumata görə, yanğınla əlaqədar əraziyə Naxçıvan Şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində baş vermiş yanğının genişlənərək yaxınlıqda yerləşən fərdi yaşayış evlərinə yayılmasının qarşısı alınıb və yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 378 m² olan obyektin 330 m² hissəsi içərisindəki əşyalarla birlikdə yanıb, sexin 48 m²-lik otağı içərisindəki əşyalarla birlikdə və sexə bitişik 3 fərdi yaşayış evi yanğından mühafizə olunub.

