IMG-LOGO

Ev dustağı olan iş adamı "Güclü Ermənistan" partiyasının lideri seçilib

11 Feb 2026 15:32 5 baxış
IMG

Ev dustaqlığında olan iş adamı Samvel Karapetyan yekdilliklə "Güclü Ermənistan" partiyasının lideri seçilib.

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə "Güclü Ermənistan"ın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, çərşənbə günü partiyanın təsis qurultayı keçirilib, orada partiyanın sədri və şura heyəti seçilib. Fevralın 12-də partiyanın təqdimatı keçiriləcək, orada Ermənistan parlamentinə qarşıdan gələn seçkilərdə Baş nazir vəzifəsinə namizədin adı açıqlanacaq. Karapetyan Ermənistanda hakimiyyətin devrilməsinə çağırışlara və maliyyə fırıldaqçılığına görə həbs edilib.

Xəbər lenti