İngiltərənin "Lids" klubu bu ölkənin digər təmsilçisi "Mançester Siti"də çıxış edən qapıçı Ceyms Traffordu heyətinə qatmaq istəyir.
"Report" "Teamtalk"a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi 23 yaşlı futbolçunu yay transfer dönəmində almaq niyyətindədir.
"Lids" oyunçuya görə 35 milyon avro ödəməyi planlaşdırır.
Xatırladaq ki, Ceyms Trafford 2025-ci ilin yayında "şəhərlilər"ə keçib. Onun müqaviləsinin müddəti 2030-cu ilin iyununadək qüvvədədir. İngiltərəli qapıçı cari mövsüm Premyer Liqada 3 oyunda meydanda olub.