Serbiya Prezidenti Aleksandar Vuçiç fevralın 12-də Türkiyəyə səfər edəcək.
"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, regional və beynəlxaq münasibətlər istiqamətində sıx görüşlər həyata keçirdiyini bildirib.
"Bu gün isə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisi qəbul edəcəyik. Dünyada və bölgəmizdə Türkiyə küləyi əsir. Özümüz üçün nə istəyiriksə, dostlarımız və qardaşlarımız üçün də eyni şeyi istəyirik".
Türkiyə lideri növbəti həftə Birləşmiş Ərəb Əmirlikləri və Efiopiyaya səfər edəcəyini də qeyd edib.