IMG-LOGO

Rusiyada 6 maqnitudalı zəlzələ olub

11 Feb 2026 12:52 4 baxış
IMG

Seysmoloqlar Xabarovsk diyarının şimal sahilləri yaxınlığında Oxot dənizində 6 maqnitudalı zəlzələ qeydə alıblar.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional filialının "Yujno-Saxalinsk" seysmik stansiyasından bildirilib.

Məlumata görə, yeraltı təkanlar Saxalin vaxtı ilə saat 17:29-da (Moskva vaxtı ilə 09:29-da) 30 km dərinlikdə Oxotsk qəsəbəsindən 229 km cənub-şərqdə və Maqadandan 300 km cənub-qərbdə yerləşib.

Xəbər lenti