IMG-LOGO

Nərimanın 2.5 milyonluq rekordu Azərbaycan tarixinə düşdü

11 Feb 2026 11:55 4 baxış
IMG
1 0

ABŞ-ın “Kolumbus Kreu” klubuna transfer olunan “Qarabağ”ın hücumçusu Nəriman Axundzadə ən bahalı futbolçu kimi Azərbaycan tarixinə düşüb.

Lent.az xəbər verir ki, bu barədə məlumat məşhur transfermarket.com saytında yer alıb.

Qeyd olunub ki, Axundzadə azərbaycanlı futbolçular arasında xarici kluba transfer olunan ən bahalı oyunçudur.

Məlumata görə, ABŞ klubu 22 yaşlı forvard üçün 2,5 milyon avro ödəyib. Bu isə xaricə transfer olunan yerli futbolçular arasında ən yüksək qiymətdir.

İdman xəbərləri Nəriman Axundzadə

Xəbər lenti