IMG-LOGO

Azərbaycan millisinin futbolçusu Premyer Liqada 100-cü oyununu keçirib

11 Feb 2026 11:56 6 baxış
IMG

Azərbaycan millisinin futbolçusu Faiq Hacıyev Premyer Liqada 100-cü oyununu keçirib.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Turan Tovuz"un kapitanının yubileyi "Karvan-Yevlax"la matça (1:0) təsadüf edib.

O, Misli Premyer Liqasının XIX turunun görüşünə start heyətində çıxıb.

Faiq Hacıyev keçirdiyi 100 qarşılaşmada 3 qol vurub.

25 yaşlı müdafiəçi iki klubun formasını geyinib. 2019/2020 mövsümündə "Qəbələ"nin forması ilə Premyer Liqada debüt edən Hacıyev "qırmızı-qaralar"la 6 oyuna çıxıb. O, "Turan Tovuz"da keçirdiyi 94 görüşdə 3 qol vurub.

Qeyd edək ki, Faiq Hacıyev turnirin tarixində 100 və daha çox oyun keçirən 451-ci futbolçu olub.

Xəbər lenti