IMG-LOGO

Ermənistanda hərbi xidmətdən yayınanlara cinayət məsuliyyətindən qaçmaq üçün 5 variant təklif olunur

11 Feb 2026 11:56 6 baxış
IMG

Ermənistanın 27-37 yaş arası hərbi xidmət keçməmiş vətəndaşları müəyyən məbləğ ödədikdən sonra cinayət məsuliyyətindən yayına biləcəklər.

"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, "hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında" qanuna müvafiq dəyişikliklər fevralın 11-də ölkə parlamenti tərəfindən qəbul edilib.

Dəyişikliklərə əsasən, hərbi xidmətdən yayınanlara beş variant təklif olunur: 2 il xidmət etmək; 1 il xidmət etmək və 2,5 milyon dram (6,2 min dollar) ödəmək; 5 milyon dram (12,4 min dollar) ödəyərək 6 ay xidmət etmək; 8 milyon dram (21,2 min dollar) ödəməklə 1 ay xidmət etmək; 15 milyon dram (39,4 min dollar) ödəyib xidmət etməmək.

Sənədin lehinə müxalifətdəki "Ermənistan" fraksiyasının nümayəndələri də daxil olmaqla 86 deputat səs verib, 5 nəfər əleyhinə çıxıb, bitərəf qalan olmayıb.

Xəbər lenti