IMG-LOGO

KİV: ABŞ-də hesab edirlər ki, Ukraynada Rusiya ilə sülh razılaşmaları üzrə referendum keçirməlidir

11 Feb 2026 09:44 4 baxış
IMG

ABŞ-də hesab edirlər ki, Ukrayna mayın 15-dək prezident seçkilərini və Rusiya ilə sülh razılaşmaları üzrə referendum keçirməlidir.

"Report" xəbər verir ki, bu barədə "The Financial Times" (FT) nəşri mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, ölkə üçün təhlükəsizlik zəmanətlərinin verilməsi bundan asılıdır.

Nəşr planlaşdırmada iştirak edən ukraynalı və avropalı məmurlara, həmçinin digər şəxslərə istinadən qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin dördüncü ildönümündə, fevralın 24-də prezident seçkiləri və referendum keçirilməsinə dair planını elan etmək niyyətindədir.

Qeyd olunub ki, Zelenskinin ofisi, eləcə də ABŞ-nin Kiyevdəki səfirliyi şərh verməkdən imtina edib.

Xəbər lenti