IMG-LOGO

Nəriman Axundzadənin ABŞ klubuna transferinin detalları açıqlanıb

10 Feb 2026 22:11 3 baxış
IMG

ABŞ təmsilçisi "Kolumbus Kru" "Qarabağ"ın futbolçusu Nəriman Axundzadəni transfer etdiyini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə Kolumbus kollektivinin mətbuat xidməti məlumat yayıb.

21 yaşlı futbolçu ilə 2029-cu ilin iyun ayına qədər müqavilə imzalanıb.

O, P-1 vizasını (ABŞ-də idmançılara verilən xüsusi viza) aldıqdan sonra rəsmən komandanın heyətinə daxil olacaq və meydana çıxa biləcək.

Qeyd edək ki, Nəriman Axundzadə cari mövsüm "Qarabağ"ın heyətində Premyer Liqada 13 matçda meydana çıxıb və 3 qol vurub.

Xəbər lenti