IMG-LOGO

"Qəbələ"nin məşqçisi: "Neftçi" ilə oyunda məğlubiyyətə layiq deyildik"

10 Feb 2026 21:41 2 baxış
IMG

"Qəbələ" "Neftçi" ilə oyunda məğlubiyyətə layiq olmayıb.

"Report" xəbər verir ki, bunu "Qəbələ"nin məşqçisi George Çixradze Misli Premyer Liqasının XIX turunda "Neftçi"yə qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis məğlub olduqları matç barədə danışıb:

"Maraqlı və dinamik qarşılaşma alındı. Bilirdik ki, "Neftçi" oyunun əvvəlində yüksək temp nümayiş etdirəcək. İlk 15 dəqiqədə bu sürətə tam uyğunlaşa bilmədik. Rəqibin aqressiv startı nəticəsində qapımızda qol gördük. Bununla belə, buraxılan qoldan sonra oyun keyfiyyətimizi yüksəltdik və meydanda daha yaxşı çıxış etdik. İkinci hissədə hesabı dəyişmək üçün bir neçə real qol imkanı yaratdıq. Həmin epizodları dəyərləndirə bilməməyimiz təəssüf doğurur. Lakin futbol belə məqamlarla zəngindir. Ümumilikdə isə hesab edirəm ki, bu oyunda məğlubiyyətə layiq deyildik".

Qeyd edək ki, "Neftçi" - "Qəbələ" oyunu Bakı kollektivinin 1:0 hesablı qələbəsi ilə bitib.

Xəbər lenti