ABŞ-nin Azərbaycandakı səfirliyi iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasını şərh edib.
"Report" xəbər verir ki, müvafiq paylaşım diplomatik nümayəndəliyin "X" sosial şəbəkəsindəki səhifəsində dərc olunub.
"Bu sənəd iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək. ABŞ Cənubi Qafqaz regionunun böyük potensialının reallaşdırılması istiqamətində Azərbaycanla sıx əməkdaşlığı davam etdirməyə sadiqdir", - məlumatda qeyd olunub.