IMG-LOGO

Boçorişvili: Yaxın dövrdə Gürcüstan–ABŞ əlaqələrində daha çox aydınlıq yaranacaq

10 Feb 2026 19:52 4 baxış
IMG

Gürcüstan ABŞ-nin yeni administrasiyasının gündəliyində prioritetə çevrilmək istəyir.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ABŞ dövlət katibi Marko Rubio ilə keçirdiyi görüş zamanı deyib.

Nazirin sözlərinə görə, bu görüş ABŞ-nin yüksək vəzifəli rəsmiləri ilə ikitərəfli münasibətlərin müzakirəsi üçün vacib platforma olub və yaxın dövrdə Gürcüstan–ABŞ əlaqələrində daha çox aydınlıq yaranacaq.

Maka Boçorişvili bildirib ki, Gürcüstanla ABŞ arasında münasibətlərin yenidən nəzərdən keçirilməsi və bu əlaqələrə yeni yanaşmaların tətbiqi məsələsində tərəflərin mövqeləri üst-üstə düşür.

Xəbər lenti