ABŞ Azərbaycanla humanitar minatəmizləmə sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə bu gün Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-nin vitse-prezidenti Cey Di Vens tərəfindən imzalanan Strateji Tərəfdaşlıq Xartiyasının mətnində deyilir.
"Sənəd ərazilərinin minalar və partlamamış döyüş sursatları ilə çirklənməsi ilə əlaqədar Azərbaycanın üzləşdiyi ciddi çağırışlar nəzərə alınaraq, maliyyə dəstəyi və texnologiya təminatı vasitəsilə humanitar minatəmizləmə sahəsində Azərbaycanın potensialının artırılmasında əməkdaşlığı nəzərdə tutur", - Xartiyanın mətnində qeyd olunur.