IMG-LOGO

“Barselona”nın hücumçusu okeanın o tayına gedə bilər

10 Feb 2026 16:05 2 baxış
IMG
0 0

Amerikanın "Çikaqo Fayr" klubu "Barselona"nın polşalı hücumçusuna konkret təklif göndərib.

MLS klubu "Barselona"nın hücumçusu Robert Levandovski ilə müqavilə imzalamaqda maraqlıdır.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, "Çikaqo Fayr" ötən ilin sonlarında 37 yaşlı hücumçunun mümkün pulsuz transferi ilə bağlı polşalı futbolçu ilə əlaqə saxlayıb.

Robertin həyat yoldaşının potensial yaşayış yerini yoxlamaq üçün Çikaqoya səfər etdiyi bildirilir. O, əvvəllər ərinin karyerası ilə bağlı xəbərləri Polşa nəşri ilə bölüşüb.

Həmçinin qeyd etmək lazımdır ki, komanda oyunçuya iki illik müqavilə və mənbəyə görə, qlobal superulduz statusuna uyğun maaş təklif edir.

 

Futbol Robert Levandovski

Xəbər lenti