Font seçkilərdən sonra məşqçini saxlamaq niyyətini təsdiqləyərək, Flik ilə yeni bir “Barselona” qurmağı planlaşdırır.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, “Barselona” prezidentliyinə namizəd Viktor Font əmindir ki, Hansi Flik onun uğurundan sonra komandada qalacaq.
Xatırladaq ki, Joan Laporta seçkilərdə uduzacağı təqdirdə alman mütəxəssisin klubdan ayrılacağı barədə şayiələr var.
Lakin, Font əmindir ki, məşqçini razı sala biləcək, çünki onların layihəsi Laportanın dövründə belə olmayan sabitlik tələb edir.
"Yaxın günlərdə idman layihəmizi təqdim edəcəyik. Flikin sabitliyə ehtiyacı var və əgər o, artıq mövcud olanlardan məmnundursa, təklif etdiyimiz şeylərdən də məmnun qalacaq.
Sabitlik improvizasiya demək deyil. Bu o deməkdir ki, əmək haqqını azaltmaq üçün İniqo Martinesi satmağa və bir neçə ay sonra müdafiədəki boşluğu doldurmaq üçün Kanseloya imza atdırmağa ehtiyac yoxdur”.
Fevralın 9-da Laportan "Barselona"nın prezidenti vəzifəsindən istefa verdiyini açıqlayıb.
Viktor Font Joan Laporta Hansi Frik futbol "Barselona"