ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Ermənistana səfəri yeni imkanlar açacaq.
"Report" yerli KİV-lərə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.
"Söhbət Ermənistanın təhlükəsizlik səviyyəsinin ümumi şəkildə yüksəldilməsindən və həyata keçirdiyimiz proqramdan gedir. Yəni, söhbət bir-iki il yox, onilliklər boyu davam edəcək sülhdən gedir", - o qeyd edib.
Bundan əlavə, A.Simonyan, Ermənistan və Azərbaycan arasında hazırlanmış iş sxeminə müsbət qiymət verib: "Hesab edirəm ki, əgər biz bu yolla irəliləməyə davam etsək, ölkələrimizin gələcəkdə heç bir problemi olmayacaq".