IMG-LOGO

Peskov: Fransa Rusiya ilə əlaqələri bərpa edən yeganə Aİ ölkəsidir

10 Feb 2026 13:57 5 baxış
IMG

Paris istisna olmaqla, Avropa paytaxtları Moskva ilə dialoqu bərpa etmək niyyəti nümayiş etdirmir, Rusiya və Fransa texniki səviyyədə əlaqələri bərpa edib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov Fransa Prezidenti Emmanuel Makronun Parisin Moskva ilə texniki səviyyədə əlaqə kanallarını bərpa etdiyi barədə açıqlamasını şərh edərkən bildirib.

"Həqiqətən də əlaqələr olub, bunu təsdiq edə bilərik, bu əlaqələr istək və ehtiyac olduqda kifayət qədər operativ şəkildə ən yüksək səviyyədə dialoqu qurmağa kömək edəcək", - Peskov qeyd edib.

Qeyd edək ki, daha əvvəl Makron öz diplomatik müşavirinin Moskvaya səfəri barədə məlumatı təsdiq etmişdi.

Xəbər lenti