IMG-LOGO

PSJ-nin futbolçusu 120 milyon avro qarşılığında İspaniya klubuna keçə bilər

10 Feb 2026 12:45 3 baxış
IMG

Fransanın PSJ klubunun futbolçusu Vitinya 120 milyon avro qarşılığında "Real"a keçə bilər.

"Repor" "Fichajes" nəşrinə istinadən xəbər verir ki, İspaniya təmsilçisinin prezidenti Florentino Peres 25 yaşlı yarımmüdafiəçi üçün bu məbləği ödəmək niyyətindədir.

"Kral klubu" portuqaliyalı oyunçu üçün təklif hazırlayır.

Onun Paris təmsilçisi ilə müqaviləsi 2029-cu ilin yayınadək qüvvədədir. Bu məqam da danışıqlara təsir göstərir.

Qeyd edək ki, Vitinya cari mövsüm PSJ-də 32 oyuna çıxıb, 6 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti