ABŞ şirkətləri dünyada ən innovativ şirkətlərdir və 8 avqust razılaşmalarının tam potensialının reallaşdırılmasına töhfə verəcəklər.
"Report" xəbər verir ki, bunu ABŞ-nin müvəqqəti işlər vəkili Emi Karlon ölkəsinin 31 aparıcı şirkətinin nümayəndələrini Bakıda qəbul edərkən deyib.
"Bu, ABŞ Ticarət Palatasının rəhbərliyi ilə Azərbaycana təşkil olunan ilk biznes nümayəndə heyətidir və 2025-ci ilin avqustunda Prezident Tramp və Prezident İlham Əliyev tərəfindən imzalanmış Anlaşma Memorandumunda nəzərdə tutulan iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində ABŞ-ın səylərinin tərkib hissəsidir", - məlumatda qeyd olunub.