IMG-LOGO

Joze Mourinyo yayda Portuqaliya millisinə rəhbərlik edə bilər

10 Feb 2026 12:54 2 baxış
IMG

"Benfika"nın baş məşqçisi Joze Mourinyonun 2026-cı ilin yayında Portuqaliya millisinin "sükanı arxasına" keçmək ehtimalı yaranıb.

"Report" ESPN-ə istinadən xəbər verir ki, Portuqaliya Futbol Federasiyası 63 yaşlı mütəxəssisə DÇ-2026 başa çatdıqdan sonra ispaniyalı Roberto Martinesi əvəzləməyi təklif edəcək.

J.Mourinyo bu təkliflə razılaşacağı təqdirdə, "Benfika"nın Ruben Amorimə həvalə olunacağı gözlənilir.

Qeyd edək ki, J.Mourinyo 2025-ci ilin sentyabrından "Benfika"da çalışır. Lissabon təmsilçisi Portuqaliya çempionatında 21 turdan sonra 49 xalla 3-cü pillədə qərarlaşıb.

Xəbər lenti