Misli Premyer Liqasının XIX turunda "Turan Tovuz" autsayder "Karvan-Yevlax"a qalib gəlib.
"Report"un məlumatına görə, "Azərsun Arena"da baş tutan matç Tovuz kollektivinin 1:0 hesablı qələbəsi ilə bitib.
Qolu 15-ci dəqiqədə penalti zərbəsindən Alexandro Serrano vurub.
Ehtiyatda daha bir matçı olan "Turan Tovuz" 33 xalla turnir cədvəlində 3-cü sırada yer alıb. "Karvan-Yevlax" 6 xalla 12-cidir.
Qeyd edək ki, tura fevralın 10-da yekun vurulacaq. Turun əvvəlki oyunlarında "Sabah" "Araz-Naxçıvan"ı (4:1), "Zirə" "Sumqayıt"ı (3:2) məğlub edib. "İmişli" – "Kəpəz" qarşılaşmasında hesab açılmayıb.