IMG-LOGO

Tarixdə ən yaxşı debüt? Rəqibin və öz komandasının qapısına qol vurdu, meydandan qovuldu

09 Feb 2026 18:55 5 baxış
IMG
0 0

Bu qış müdafiəçi Cavad El-Yamik Səudiyyə Ərəbistanının “Əl-Nəcmə” klubundan azad agent kimi ayrılaraq Sequnda Divizion klubu “Saraqosa”ya keçib. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, o, yeni klubunda möhtəşəm debüt edib.

26-cı dəqiqədə El-Yamik "Saraqosa"nın qapısına ilk qolunu vurub;

55-ci dəqiqədə qol vurub, amma bu dəfə topu öz qapısına göndərib;

90+3-cü dəqiqədə birbaşa qırmızı vərəqə alıb.

İspan jurnalist Fran Martines iki divizionun - La Liqa və Sequndanın - tarixində belə bir hadisənin ilk dəfə baş verdiyini paylaşıb. İndiyə qədər heç bir debütant həm öz komandasına, həm də rəqib komandaya qol vurub meydandan qovulmayıb.

Cavad El-Yamik keçmişdə “Genoa”, “Peruca”, “Valyadolid” və “Əl-Vahda” klublarında çıxış edib.

İdman xəbərləri

Xəbər lenti