İndoneziya Azərbaycanla müdafiə sahəsində texnologiyaların ötürülməsi üzrə əməkdaşlıq təklif etməyə hazırdır.
Bu barədə "Report"a müsahibəsində İndoneziyanın Bakıdakı səfiri Berlian Helmi bildirib.
"İndoneziya, həmçinin Azərbaycan müdafiə sahəsini fəal şəkildə inkişaf etdirir. Biz texnologiyaların ötürülməsi, birgə tədqiqatlar, innovasiyalar üzrə əməkdaşlıq təklif etməyə hazırıq. Təlimlər üzrə də əməkdaşlıq təklif edilə bilər", - səfir deyib.
O qeyd edib ki, bunu Azərbaycan Müdafiə Nazirliyi ilə görüşlərdə müzakirə etməyi planlaşdırır.
Müsahibənin tam versiyası ilə buradan tanış ola bilərsiniz.