İran sanksiyaların ləğvi müqabilində uranın zənginləşdirilməsi səviyyəsinin 60 %-dək aşağı salınmasını nəzərdən keçirə bilər.
"Report" İran KİV-inə istinadən xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami bildirib.
"Zənginləşdirilmiş uranın səviyyəsinin 60 %-dək potensial azaldılması sanksiyaların tam ləğvindən asılıdır", - o deyib.
M.Eslami, həmçinin qeyd edib ki, İran-ABŞ danışıqlarında texniki və nüvə məsələləri siyasi məsələlərlə yanaşı müzakirə olunur.
O bildirib ki, İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) əməkdaşlığı davam edir, lakin agentliyin 2025-ci ilin iyununda AEBA-nın zəmanəti altında olan obyektlərə hərbi hücumla bağlı "nizamlanmamış öhdəliyi" qalmaqdadır.