IMG-LOGO

Xamenei: Xarici qüvvələrin İrana müdaxilə cəhdləri uğursuz nəticələnib

09 Feb 2026 16:40 4 baxış
IMG

İranın ali lideri ayətullah Əli Xamenei bildirib ki, xarici qüvvələrin İranda islam inqilabından əvvəl mövcud olan şəraiti bərpa etmək cəhdləri uğursuz nəticələnib.

"Report" İran KİV-nə istinadən xəbər verir ki, o bu barədə 1979-cu il islam inqilabının 47-ci ildönümü münasibətilə televiziya müraciətində deyib.

"Xarici qüvvələr daim İranda islam inqilabından əvvəl mövcud olan şəraiti bərpa etməyə çalışıblar, lakin buna nail ola bilməyiblər", - Xamenei qeyd edib.

O həmçinin bildirib ki, hər il ölkədə inqilabın ildönümündə - fevralın 11-də ümumxalq yürüşləri keçirilir, onları "dünyada görünməmiş" və "milli dayanaqlılığın aydın təzahürü" adlandırıb.

Xəbər lenti